İrana qar yağdı, dərslər dayandı

İrana qar yağdı, dərslər dayandı
  20 Oktyabr 2014    Oxunub:2065
İranın Ərdəbil əyalətində qar yağıb, bəzi şəhərlərdə qarın hündürlüyü 15 santimetrə çatıb.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.Ötən gecədən güclü qar yağması nəticəsində Ərdəbil, Nir, Nəmin, Meşginşəhr, Hir, Ərşəq və Lahrud şəhərlərində səhər növbəsində məktəblərdə dərslər dayanıb. Qar Ərdəbil şəhərində ağacların budaqlarının sınmasına səbəb olub.

Ərdəbil əyalətinin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Meşginşəhr, Əsalim və Rəzi istiqamətində yollar buz bağlayıb və avtomobillər yalnız zəncirlərin köməyi ilə hərəkət edirlər.

Ərdəbil əyalətinin qar yağan şəhərlərində havan tempuraturunun mənfi 10 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti