Ərdoğanla Obamanın İŞİD müzakirəsi

Ərdoğanla Obamanın İŞİD müzakirəsi
  20 Oktyabr 2014    Oxunub:1536
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı İŞİD-in daha da irəliləməsinin qarşısını almaq üçün görülə biləcəklər tədbirlər planı müzakirə edilib.

Türkiyə prezidentinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Ərdoğan Obama ilə söhbətində Kobanidən Türkiyəyə gələn qaçqınlardan da söz açıb. O, Türkiyəyə qaçan 1 milyon yarım suriyalının arasında təxminən 180 min nəfər Kobani sakini olduğunu və Türkiyə dövlətinin onlara yardım etdiyini vurğulayıb.

Liderlər həmçinin Əfqanıstanda sülh və sabitliyin gücləndirilməsi istiqamətində səylərin davam etdirilməsi üçün müttəfiqliyinin önəmli olduğunu qeyd ediblər,

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti