Şəhər meri həbs edildi

Şəhər meri həbs edildi
  20 Oktyabr 2014    Oxunub:1791
Zaqrebin meri Milan Bandiç korrupsiya ittihamı ilə həbs edilib.
Bu barədə Xorvatiya nəşri Jutarnji list xəbər verir.

“Zaqreb şəhəri və Zaqreb holdinqinin qanunsuz hərəkətləri ilə əlaqədar, mürəkkəb istintaqdan sonra bir neçə nəfər həbs edilib”, - Zaqreb polisindəki mənbə bildirib.

Mer Bandiç və bir neçə biznesmen “çoxsaylı korrupsiya cinayətlərinin törədilməsində, xidməti vəzifədən sui-istifadədə” ittiham olunurlar.

Milan Bandiç ölkədə parlament partiyaları arasında ən böyük partiyalardan biri olan Xorvatiyanın Sosial-demokrat partiyasının (XSDP) Zaqreb bölməsinin sədridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti