İŞİD komandiri öldürüldü

İŞİD komandiri öldürüldü
  19 Oktyabr 2014    Oxunub:2174
Suriyanın Kobani şəhərində İŞİD terror qruplaşması komandirlərindən birinin öldürüldüyü xəbəri yayılıb.
Məlumata görə, Kobanidə bu gün günorta saatlarından sonra İŞİD-lə Peşmərgə kürd qüvvələri arasında döyüşlər daha da şiddətlənib.

Belə ki, İŞİD kürdləri ətrafdan təcrid etmək üçün Mürşitpınar sərhəd qapısını top atəşinə tutub. Lakin kürd silahlılar da irəliləyərək İŞİD-dən bir bölgəni geri ala biliblər. Şiddətli döyüşlər zamanı koalisiya qüvvələri də İŞİD-in mövqelərini havadan bombalayıb.

Bombardman zamanı İŞİD-in aparıcı komandirlərindən biri Məhəmməd Casemin öldüyü bildirilir. Komandirin ölüm xəbərini Suriya Haqları Müşahidəs Şurası yayıb (ANS).


Teqlər:





Xəbər lenti