Putin: “Dünya iqtisadiyyatı çökəcək”

Putin: “Dünya iqtisadiyyatı çökəcək”
  18 Oktyabr 2014    Oxunub:1975
Neft və neft məhsullarının bir barelinə görə qiymət 80 dollar səviyyəsində qalsa dünya iqtisadiyyatı çökəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Milanda keçirilən “Asiya-Avropa” sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Rusiya büdcəsində neftin qiyməti 96 dollar olaraq hesablanıb, lakin hazırda qiymət bu rəqəmdən aşağıdır. Lakin mən burada heç bir faciəli heç nə görmürəm. Birincisi, mənim fikrimcə qiymət normallaşacaq. Çünki, 80 dollar səviyyəsində qiymət bazar iştirakçılarından heç kimə sərf etmir”, - deyə Putin vurğulayıb.

Prezident neft qiymətinin aşağı salınması üçün ABŞ və Səudiyyə Ərəbistanının razılaşmasını barədə fikirləri istisna etməyib

Qeyd edək ki, oktyabrın 17-sinə olan məlumatlara əsasən “Brent” markalı neftin bir barelinin qiyməti təxminən 85 dollar olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti