Qarabağda fırıldaqçı adına hərbi məktəb - VİDEO

Qarabağda fırıldaqçı adına hərbi məktəb - VİDEO
  15 Fevral 2013    Oxunub:4760
Türklərə düşmənçiliyi ilə tanınan rus sərkərdəsi Suvorov və rus ordusunun fırıldaqçı erməni generalı Mədətov...
Qarabağın təhlükəsizliyinin təmin olunması məqsədilə Dağlıq Qarabağda “əfsanəvi” erməni əsilli generallar Suvorov və Mədətovun adını daşıyan hərbi məktəbin tikintisi davam edir. 2014-cü ildə yekunlaşacaq tikinti işlərinin kordinatoru general-mayor Arkadi Ter-Tadevosyandır.
Layihənin həyata keçirilməsi üzrə komitədən verilən məlumata görə, hərbi məktəb ideyası Qarabağlı sahibkar və mesenant Vank Levon Ayrapetyana aiddir. Ayrapetyan artıq layihənin maliyyələşdirilməsini öz üzərinə götürüb.
“Müəllimlər artıq məktəb partasından qarabağlı uşaqlara hərbi təhsil verəcəklər. Əsas məqsəd gənclərin məktəb yaşlarından hərbi təcrübə toplamasından ibarətdir. Suvorov modelli məktəblər Rusiya, Fransa və ABŞ kimi ölkələrdə çoxdan var” deyə, Tadevosyan bildirib. Generalın sözlərinə görə, ingilis, erməni, rus və azərbaycan dillərinin tədris ediləcəyi hərbi məktəb bütün müasir tələblərə cavab verəcək.
Erməni mətbuatının yazdığına görə, Gəncəsər monastırı yaxınlığında tikilən bu hərbi məktəb nüfuzlu erməni disporaları və lobbi təşkilatlarının müharibə başlayacağı təqdirdə Dağlıq Qarabağın gücləndirilməsi və hərbi təchizat kampaniyası çərçivəsində reallaşır.
Türk düşməni, fırıldaqçı və əslən qarabağlı Valeri Qriqoreviç Mədətov
Rus ordusunda generallığa qədər yüksəlmiş erməni mənşəli Mədətovun hərbi xidmətinin daha məşhurlaşan illəri azərbaycanlılara və türklərə qarşı mübarizədə keçib və Rusiya işğalının Şimali Azərbaycanda möhkəmlənməsi üçün kifayət qədər fəallıq və təşəbbüskarlıq göstərib.
Valerian Mədətov əslən Qarabağlıdır. 1789-cu ildə Tuğ kəndində anadan oub, ilk təhsilini də Şuşada alıb. Bütün Qarabağlılar kimi, o da Azərbaycan dilini bilib ancaq azərbaycanlılara nifrət ruhunda böyüyüb. Uşaq yaşlarından yetim qalan Mədətovun həyatı Peterburqda dəyişib. Xristian məzhəbinə mənsubluğu isə bir sıra qapıların onun üzünə açılmasını kömək edib. Mədətov özünün məlik ailəsindən olmasını bildirib və Rusiya saray dəftərxanasında da özünün Qarabağ məliklərinə mənsubluğunu qeyd etdirə bilib. Əslində Mədətov adi bir ailədə doğulmuşdu ancaq arzusuna çatmaq üçün belə yalanlara əl atmaq onun üçün elə də əhəmiyyət kəsb etmirdi.
1816-cı ildə knyaz əslən Qarabağlı olan və Azərbaycan dilini mükəmməl bilən Mədətovu Qarabağ xanlığı ərazisində yerləşdirilmiş rus qoşunlarının komandanı təyin edib.
General Yermolovunəlaltısı olan Mədətov məlik yalanı ilə xeyli torpaq ələ keçirib. Sonralar Rusiya tərəfi Mehdiqulu xanı və Yermolovu da yalanlarına alət edən Mədətovu fırıldaqçılıqda ittiham edərək məhkəməyə verib.
1829-cu ildə ölümündən sonra Tiflis hərbi qubernatorunun adına yazılmış 25 şikayət ərizəsi toplanaraq baxılmaq üçün Peterburqa göndərilib. Mədətovun iç üzünü açan bu şikayətlərlə yanaşı 1819-cu il Türkmənçay müqaviləsindən öncə bir neçə xanlığın daxili müstəqilliyinə son qoymaq məqsədilə Yermelov Şəki xanını zəhərləyərək öldürüb.
İbrahimхəlil хanın nəvəsi Mehdiqulu хan öz şeirlərində babasının cah-cəlalının dağılmasını, rus hakimiyyətinə arхalanıb Qarabağı viran qoyan erməni generalı Mədətovun, Lazerevin və Karqanovun müsəlmən qəbirstanlıqlarını kotanın ağzına verib əkdirmələrini və хalqa olmazın zülmlərini yad edir.
Mədətovun adı Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanında da qeyd edilib : “Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən imtahan biletini götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual isə belə idi: “Mədətovun Gəncədə qələbəsi””.





Teqlər:  





Xəbər lenti