Putin Ukraynaya borc verməyəcək

Putin Ukraynaya borc verməyəcək
  18 Oktyabr 2014    Oxunub:1500
Rusiya bundan sonra Ukraynaya borc müqabilində heç bir məhsul tədarük etməyəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Pyotr Poroşenko ilə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Rusiya lideri xatırladıb ki, Ukrayna 2013-cü ilin sonlarında Rusiyadan 3 milyard ABŞ dolları həcmində kredit götürüb. Lakin Kiyev hələ də ötən ilin son iki ayı ərzində qaza görə olan borcunu ödəməyib. Bu borc isə 1,4 milyard ABŞ dollarıdır.

Ötən gün Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın görüşü də keçirilib.

Rusiya prezidenti Vladimir Putin İtaliyanın Milan şəhərində “Asiya-Avropa” sammiti çərçivəsində keçirilən görüşlərdən razı qalıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti