Nazir ABŞ-ın nəqliyyat komandanını qəbul edib

Nazir ABŞ-ın nəqliyyat komandanını qəbul edib
  01 May 2013    Oxunub:999
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə, və nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha inkişaf etdirilməsi yolları müzakirə olunub.

Tərəflər, həmçinin, 2014-cü ildə Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində Azərbaycan ərazisindən keçən regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti