Elmar Məmmədyarov yeni səfirlə görüşdü

  01 May 2013    Oxunub : 570
Elmar Məmmədyarov yeni səfirlə görüşdü
Xarici işlər naziri Pakistanın yeni səfiri ilə görüşüb
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün nazir Elmar Məmmədyarov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri İkramullah Mehsudu qəbul edib.

Nazir Elmar Məmmədyarov pakistanlı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstəyi yüksək qiymətləndirən nazir, yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İkramullah Mehsud öz növbəsində qəbula görə təşəkkür edib və ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. İki dost və qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini və səfir kimi fəaliyyəti ərzində bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

Görüş zamanı səfir İkramullah Mehsud etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Teqlər: