Bayraqdan şou düzəldənlər üçün FAKT – FOTO, VİDEO
Bayraq məsələsinin ura-patriotların əlində "təşviqat və mübarizə vasitəsinə" çevrilməsi təəssüf doğurur. Halbuki burada söhbər sadəcə hər bir dövlətin protokol qaydasından gedir. Protokol qaydalarına görə bir dövlətin başçısı yalnız başqa bir dövlətin başçısı və ya baş nazirilə (bəzi ölkələrdə yalnız dövlət başçısı ilə) görüşdüyü təqdirdə qonaq tərəfin bayrağı qoyulur.
Əyani misal kimi dünyanın iki böyük dövləti - ABŞ və Rusiyanın xarici işlər nazirlərinin müvafiq olaraq Türkiyə və İran Prezidentlərilə görüşlərində çəkilmiş video və foto materiala baxa bilərsiniz. Göründüyü kimi, bayraq məsələsinə kifayət qədər həssas yanaşan ABŞ və Rusiyanın bayraqları görüş zamanı yoxdur: