Deputat: “Mənə qarşı böhtan kampaniyasına start veriblər”

Deputat: “Mənə qarşı böhtan kampaniyasına start veriblər”
  01 May 2013    Oxunub:1028
“Bildiyiniz kimi, keçən həftə “Sitatın sonu” verilişinin ilk buraxılışı efirə çıxdı. Mən o proqramda da dedim ki, çox güman mənə qarşı şər, böhtan kampaniyasına start veriləcək”
AzVision.az-a açıqlamasında bu sözləri millət vəkili Etibar Hüseynov deyib.

“Belə də oldu. Mən də buna hazıram. Mənim proqnozlarım özünü doğrultdu. Bu gün bir çox saytlar və qəzetlərdə haqqımda yoxlanılmamış informasiyalar yayıldı. Guya mənim İlqar adlı hansısa köməkçim olub və o dələduzluq səbəbiylə tutulub. və bu qəbildən olan fantaziyalar. Mən qəti şəkildə bəyan edirəm ki, deputat seçildikdən sonra mənim bu günə qədər bir köməkçim olub, onun adı Heydər Nuruşovdur. Mənim İlqar adlı heç bir köməkçim olmayıb. Hətta olsa belə, istər köməkçim olsun, istər sözçüm ya qohum-əqrabam olsun, yəni kimliyindən aıslı olmayaraq hər hansı biri dələduzluq edib, cinayət törədirsə, o qanun qarşısında cavab verəcək. Buna görə deputat heç bir məsuliyyət daşımır. Ancaq bir daha bəyan edirəm ki, mənim İlqar adlı köməkçim heç vaxt olmayıb. Bunlar hamısı mənə qarşı start verilən çirkin kampaniyanın bir hissədir. Ona görə o məlumatı yayan saytlar da məlumatı dəqiqləşdirmədən, qarşı tərəfin mövqeyini soruşmadan dərc ediblər”-deyə, E.Hüseynov əlavə edib.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti