Evdən 1300-dən çox silah tapıldı

Evdən 1300-dən çox silah tapıldı
  10 Oktyabr 2014    Oxunub:1993
Fransa polisi apardığı əməliyyat zamanı ölkənin İndr-e-Luar departamentinin Tur şəhərindəki mənzillərin birində əsl cəbbəxana ilə qarşılaşıb.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, özünü kolleksiya həvəskarı kimi qələmə verən 50 yaşlı şəhər sakininin evindən 1300-dən artıq silah aşkar edilərək götürülüb.

Polis rəsmisi müsadirə edilən silahlar arasında 37 tüfəngin, 224 revolverin, 267 partlayıcı qurğunun, 2 topun, 2 qısalüləli topun, 801 mərmi və qranadın olduğunu bildirib.

Tur şəhər məhkəməsi mənzilində bu qədər ölümsaçan döyüş silahı saxlayan kolleksiyaçı barədə cinayət işi qaldırıb.


Teqlər:  





Xəbər lenti