Dəhşətli terror aktları: 67 ölü

Dəhşətli terror aktları: 67 ölü
  09 Oktyabr 2014    Oxunub:1714
Yəmənin paytaxtı Sanada törədilən terror aktları nəticəsində 47 nəfər ölüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən terror aktları nəticəsində 75 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Terrorçu paytaxtın “Təhrir” meydanında özünü partladıb.

Digər bir terror aktı isə ölkənin cənub-şərqində Əl-Muakkalla şəhərində yerləşən nəzarət-keçid məntəqəsində törədilib. Bu terror aktı nəticəsində ən azı 20 nəfər ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti