Ermənistanın aviaşirkəti satılır

Ermənistanın aviaşirkəti satılır
  09 Oktyabr 2014    Oxunub:1909
Ermənistan aviaşirkəti “Armavia” fəaliyyətini dayandırıb.
Bu barədə AzVision.az “Vestnik Kafkaza” istinadən xəbər verir.

Məlumata əsasən şirkətin əmlakı satılaraq beynəlxalq borclarının və işçilərin əmək haqlarının ödənilməsinə sərf olunacaq.

Qeyd edək ki, sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılıb.Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bir neçə dəfə vaxt verilsə də, şirkət rəhbərliyi borcların azaldılması ilə əlaqədar heç bir addım atmayıb.

Ümumilikdə, “Air Armenia” aviaşirkətinin Rusiya tərəfinə ümumilikdə 1,1 milyon dollar borcu var.

“Air Armenia” aviaşirkəti 2003-cü ildə yaradılıb. İlkin olaraq şirkət yük daşımaları məşğul olub, 2013-cü ildə isə sərnişin daşımaları həyata keçirmək üçün lisenziya alıb. Şirkət Rusiyanın Moskva, Sankt – Peterburq, Soçi, Krasnodar və bir sıra digər şirkətlərinə uçuşlar həyata keçirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti