Fransız səfirdən Paris görüşü haqda mesaj

Fransız səfirdən Paris görüşü haqda mesaj
  09 Oktyabr 2014    Oxunub:1695
Fransa Dağlıq Qarabağda uzunmüddətli sülhün bərqərar olmasını istəyir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno jurnalistlərə açıqlamasında bildirib.

“Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşünün keçirilməsi təklifini tərəflər arasında inamın artırılması, həmçinin sərhəddə hərbçi və mülki vətəndaşların ölümünün qarşısının alınması üçün edib. Bundan əlavə Fransa tərəfi danışıqlar prosesinə yeni stimul vermək istəyir”, - deyə Reno vurğulayıb.

Onun sözlərinə görə, Parisdə keçiriləcək görüşdə ATƏT-in Minsk qrupunun digər iki həmsədri də iştirak edəcək: “Tərəflər sazişin necə olacağına dair özləri qərar verməlidir. Həmsədrlər onlara kömək edir, lakin onların əvəzinə qərar verə bilməz”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin oktyabr ayının 27-də Fransanın Paris şəhərində görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti