Türkiyədə azərbaycanlıların kütləvi davası - 15 yaralı
Toqquşmalara zamanı nümayişçilərin polislərə atdığı daşlar Azərbaycan vətəndaşlarının iş yerlərinin pəncərələrinə dəyib və şüşələri qırılıb. Nəticədə azərbaycanlılarla nümayişçilər arasında mübahisə düşüb, daha sonra isə hər iki tərəf əlbəyaxa olub. Bir-birlərinə qarşı daş və dəyənəklərdən istifadə ediblər. Kütləvi dava zamanı 15 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə Iğdır valisi Davut Haner gəlib dava müdaxilə etsə də bu da heç bir nəticə verməyib. Belə olan təqdirdə hadisə yerinə jandarma və polis qüvvələri cəld edilib.
Kütləvi dava zamanı yaralananlar Iğdır Dövlət xəstəxanasına aparılıb.
Teqlər: