Rusiyadan dünyaya İŞİD çağırışı

Rusiyadan dünyaya İŞİD çağırışı
  08 Oktyabr 2014    Oxunub:2385
Rusiya xarici işlər naziri Sergey Lavrov terrorla mübarizə adı altında Suriyada hakimiyyət dəyişikliyinin qəbuledilməz olduğunu deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lavrov terror təşkilatı ilə mübarizənin beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılmalı olduğunu vurğulayıb:

“Hakimiyyət dəyişikliyi üçün terror əleyhinə şüarlar səsləndirmək qəbulolunmazdır. Ümid edirəm ki, heç kim bu barədə danışmır. İŞİD və digər terror təşkilatları ilə mübarizəni beynəlxalq hüquq normaları çərçivəsində aparmaq lazımdır. Terror təşkilatlarının olduğu ölkələrin rəhbərlikləri ilə birgə çalışmaq lazımdır”.

Xarici işlər naziri vurğulayıb ki, Rusiya illərdir ki, dünya ictimaiyyətini terrorla mübarizə üçün ortaq cəbhə yaratmağa çağırır: “Bu istiqamətdə addımlar atılmalı və ikili standart olmamalıdır”.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirmişdi ki, ABŞ Suriya hökumətinin də əhatə olunduğu terrorla mübarizə strategiyası qurarsa Türkiyə quru hərəkatına dəstək verə bilər.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti