İdmançımız ermənini nokauta saldı

İdmançımız ermənini nokauta saldı
  08 Oktyabr 2014    Oxunub:2007
İdmançımız TTV-yə "Onlara kim olduğumuzu göstərəcəyik" demişdi

AzVision.az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, bu müsahibəni Şirxan Novruzəliyev yarışdan əvvəl vermişdi. Və dediyi kimi, sübut etdi. Gürcüstanın paytaxtı Tiblisidə erməni idmançı ilə qarşılaşan Şirxan rəqibini nokauta salaraq məğlubiyyətə uğratdı. Qarışıq döyüş növləri üzrə açıq turnirdə 4 ölkə iştirak edirdi. Azərbaycan, Türkiyə, Gürcüstan və mənfur qonşumuz Ermənistan. Yığmamızın heyətində Şəmkir MMA komandasının 4 üzvü də çıxış edirdi. Dördü də medal qazandı. Birinciliyin yarımfinalında erməni idmançı ilə üz-üzə gələn təmsilçimiz görüşü belə şərh edir.

Şirxan Novruzəliyev: "Baxmayaraq ki, gərgin görüş keçdi, amma sonunda qalib gəldim. Birinci raund gərgin keçdi. İkinci hissədə Ermənistan idmançısının üzərinə atıldım və rəqibimi nokaut etdim".

Erməni rəqibi üzərində layiqli qələbə qazanan idmançımız finalda Gürcüstan təmsilçisini də məğlub edərək öz çəki dərəcəsində birinci oldu. Bununla yanaşı, yarışda iştirak edən Şəmkir MMA komandasının digər üzvləri də birinciliyi medallarla başa vurublar. Komandanın baş məqçisi yetirmələrinin çıxışından razı qaldığını bildirib.


Teqlər:





Xəbər lenti