`Kobanidə baş verənlər Azərbaycanda olsaydı...`
“Bayrağı və Atatürkün büstünü yandıranları qınayıram. Bunlar Qərbdən Şərqə dəstək olmasın deyə yaradılan provokasiyadır. Bu torpaqlar heç kimin atasının neft quyusu deyil, xalqların öz yurdudur. Kobani şəhərini müdafiə etməkçün koridor açılmalıdır. Bu dirənişi qələbəyə aparacağıq. Buna ürəkdən inanıram”.
HDP lideri Kobani etirazlarını Azərbaycanla da müqayisə edib:
“Kobani deyil, Azərbaycan olsaydı, türk xalqı da sərhədə yığılsaydı hökümət onları qazla dağıdacaqdı? İnsanlar buranı boşaltmazlar, övladları orada İŞİD qətliamı ilə üz-üzədir. Hökümət bu duyğunu anlamır. Xalqımız geri addım atmadan dirənişini davam etdirərsə mühasirənin qırılacağına inanırıq”.
Emin Piri