Prezidentlərin Paris görüşü müzakirə edildi

Prezidentlərin Paris görüşü müzakirə edildi
  08 Oktyabr 2014    Oxunub:1746
Fransanın paytaxtı Parisdə Erməni və Fransa XİN rəhbərləri Edvard Nalbandyan və Loran Fabiusun görüşü keçirilib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.

Məlumata əsasən görüş zamanı Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində Fransa və ATƏT-in Minsk qrupu ölkələrinin göstərdiyi konstruktiv mövqeyi yüksək qiymətləndirib.

Nalbandyan və Fabius Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonlarında Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşün hazırlıq məsələlərini də müzakirə edib.

Bundan əlavə Ermənistan və Fransa XİN rəhbərləri bir sıra regional və beynəlxalq məsələləri də müzakirə edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti