Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar
  08 Oktyabr 2014    Oxunub:1995
Rəsmi Moskvanın Ukraynaya qarşı siyasəti dəyişməsə, Avropa Şurası Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Polşanın xarici işlər naziri Qjerqoşa Sxetina bildirib.

Nəşr yazır ki, Rusiya tərəfindən Ukraynanın şərqində atəşkəs rejiminin pozulması Qərbin rəsmi Moskvaya qarşı təzyiqlərini artırıb.

“Əgər Ukraynada vəziyyət dəyişməsə Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək. Avstraliya, Kanada və ABŞ da daxil olmaqla bütün Avropa ölkələri sanksiyaların tətbiq olunması məsələsində vahid mövqeyə malikdir. Azad dünya Rusiyanın yürütdüyü bu siyasətə “yox” deyir”, - deyə Sxetin bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti