`Bizi şantaj edirlər` - Ərdoğan

`Bizi şantaj edirlər` - Ərdoğan
  08 Oktyabr 2014    Oxunub:1707
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Kobani şəhərindəki vəziyyətlə bağlı açıqlama verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Kobanidən Türkiyəni şantj etmək üçün istifadə olunduğunu bildirib: “Çox təəssüf ki, Kobani ilə bağlı danışanlar bir yandan da hərbi çağırışa qarşı çıxır. Eyni zamanda Kobanini Türkiyənin daxili siyasətinə çevirib problemin həllindən Türkiyəni şantaj etmək üçün istifadə etməyə çalışırlar.

Qaziantep səfəri zamanı əhalinin bayramını ərəbcə təbrik edən prezident çıxışında Suriyadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, sadəcə havadan bomba yağdırmaqla problemi həll etmək olmaz: “Eyni zamanda quru əməliyyatları keçirənlərlə əməkdaşlıq edilməsə hava hərəkatı ilə vəziyyət düzəlməyəcək. Aylar keçib heç bir nəticə yoxdur. Kobani də məğlub olmaq üzrədir. Kobani başda olmaqla kürd qardaşalrımızın yaşadığı şəhərlərdəki vəziyyətdən narahatıq və hadisələrin gedişatını izləyirik”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti