Mehriban Əliyeva iclasda çıxış edib
AzVision.az Azərbaycanın birinci xanımının rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.
İclasdan əvvəl Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb.
Görüşdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda yaxşı potensialın və mükəmməl təcrübənin olduğu vurğulanıb.
Sonra iclas işə başladı. Mehriban Əliyeva iclasda çıxış edib.
"Biz Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq", - toplantıya sədrlik edən Mehriban xanım Əliyeva onun işinə uğurlar arzulayaraq deyib.
Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digərləri çıxış ediblər.
Patrik Hikki Avropa Olimpiya Komitəsinin xüsusi şəxslər üçün hazırlanmış loqosunu Mehriban Əliyevaya təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
AzVision.az