Azərbaycanlı milyarderin şirkətində yoxlama aparıldı

Azərbaycanlı milyarderin şirkətində yoxlama aparıldı
  03 Oktyabr 2014    Oxunub:6071
Rumıniyanın güc və gömrük qurumlarının nümayəndələri Rusiyanın “LUKoyl” neft şirkətinin ölkədəki ofislərinə baxış keçiriblər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Şirkətin Rumıniya üzrə aktivlərinin cəmləşdiyi Ployeşti şəhərinin prokurorunun verdiyi məlumata əsasən, söhbət 1,03 mlrd ley (230 mln avro və ya 290 mln dollar) məbləğində qeyri-qanuni əməliyyatlardan gedir.

Səhmlərinin 97 faizinin “LUKoyl”a məxsus olan “Petrotel” zavodu da daxil olmaqla, ümumilikdə, 23 reyd keçirilib.

“LUKoyl” nümayəndəsi baxışların keçirildiyini təsdiqləyərək, “Petrotel” zavodunda mühasibat sənədlərinin götürüldüyünü qeyd edib.


Teqlər:





Xəbər lenti