Müəllimlər də vahid formaya keçdi - FOTO

  30 Aprel 2013    Oxunub : 587
Müəllimlər də vahid formaya keçdi - FOTO
BŞTİ-nin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər vahid geyim geyinir.
Bakı şəhər Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, vahid məktəbli formasına keçid günün əhəmiyyətinə görə, heç də geri qalmayan bir məsələni də-müəllimlərin geyimini gündəmə gətirib. Bu gün artıq Bakı məktəblərində müəllimlərin geyimi nə şagirdlərdə, nə valideynlərdə, nə də ictimaiyyətin digər nümayəndələrində narazılıq yarada biləcək tərzdə deyil.

Hətta bəzi müəllimlər təşəbbüsü dəstəkləməklə kifayətlənməyib, vahid geyimə keçidin təşkili ilə bağlı təkliflərlə də çıxış edib. Bu gün BŞTİ-nin tabeliyindəki 20-dən artıq məktəbdə müəllimlər üçün vahid geyim müəyyən edilib və müəllimlər bu geyimlərin müəyyənləşdirilməsində tam sərbəstdirlər.

ANAR

Teqlər: