Müxalifətin birləşdirilməsi, yoxsa...?
AzVision.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə bu barədə facebook profilində yazıb:
“Son dövrdə onların ən sevdikləri tezis müxailətin birləşməsi məsləsidir. Şüarlar bəlağətli səslənir, əslində isə ortada ola müxalifət partiyalarının bir-birlərinin sosial bazalarını ələ keçirmək üçün mübarizə aparırlar.
Eyni zamanda, onların erməni millətçiləri ilə əməkdaşlığı da vaxtaşırı ortaya çıxır. Müxalifətçi rejissor, indi isə siyasətçi Rüstəm İbrahimbəyov da bunda istisna deyil. Bir neçə il bundan əvvələ qədər erməni rejissorları ilə milli dəyərlərdən uzaq olan film çəkməsi, gah iqtidarı müdafiə etməsi, gah da müxalifətə keçməsi onun şaşqınlığını göstərir.
Son dövrlər isə o özünü müxalifətin “mənəvi atası” statusunda aparması isə müxalifətin özünün ciddi etirazına səbəb olur. Onun partiyaları birləşdirmək, vahid namizəd əldə etmək və ya amorf bir “Milli Şura” yaratmaq təklifi bir qayda olaraq müxalifətin ciddi etirazına səbəb olub.
Təsadüfi deyil ki, son dövrlər R.İbrahimbəyovun fəaliyyəti elə müxalifət mətbuatının özündə ciddi tənqidə məruz qalır. Onun siyasi fikirləri siyasətdən xəbərsizliyini hər dəfə açıq büruzə verir. R.İbrahimbəyovun müxalifəti birləşdirmək, vahid bir qüvvəyə çevrilmək fikri, əlbəttə ki, müxalifət daxilində olan ziddiyətlərə görə, mümkünsüz bir məsələdir. Hər halda bu gün cəmiyyəti müxalifət daxilində nə baş verməsi, İbrahimbəyovların siyasi iddiası deyil, özünün normal təkamülü və dövlətçiliyini inkişaf etdirmək istəyi maraqlandırır.”
AzVision.az