“Mən reallığı xoşlayan adamam...”

“Mən reallığı xoşlayan adamam...”
  29 Aprel 2013    Oxunub:1013
“Həyatı, yaşamağı, oxumağı çox sevirəm”.
“Həyatımda hər şey öz qaydasında gedir”. Bunu AzVision.az-a açıqlamasında tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov deyib. Aktyor bildirib ki, həyatı, yaşamağı və oxumağı çox sevir və bu cür yaşamağa davam edir.

Xalq artisti bildirib ki, “Mahmud və Məryəm” filminin çəkilişləri sona çatıb və bu filmdən sonra təkliflər almayıb.

“Əslində, bir neçə təklif gəlib, amma ortada real bir şey yoxdur. Mən isə reallığı xoşlayan biriyəm”.

Son zamanlar nə işlə məşğul olduğu və qarşıdakı yayda harada dincələcəyi barədə danışan xalq artisti zarafat etməyi də unutmayıb.

“Gündəlik həyat tərzimə gəldikdə hamı necə, mən də elə yaşayıram. Çoxlu kitab oxuyuram. Özü də nə gəldi oxumuram. Hansı kitab maraqlıdırsa, onu da əlimə alıram. Mənim üçün fərqi yoxdur. İstər detektiv, istər fəlsəfi, istərsə də sevgi əsəri olsun, mütaliə edəcəyəm. Həyatı, yaşamağı, oxumağı çox sevirəm”-deyə tanınmış aktyor vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti