Yazıçılar Birliyi Nazirlər Kabinetindən cavab gözləyir
Yazıçılar Birliyinin sədri Anar Rzayev bir müddət öncə mətbuat açıqlamasında bildirmişdi ki, artıq Dəvəçidə yaradıcılıq evinin tikintisi başlanıb. Hazırda tikintinin necə getdiyini öyrənmək üçün Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ilə əlaqə saxladıq.
Məsələ ilə bağlı AzVİsion.az-a danışan Ə.Əsgəroğlu bildirib ki, tikintinin başlanması üçün cavab gözləyirlər.
“Hələ ki, gözləmə mövqeyindəyik. Müraciət etmişik, gözləyirik. Məktubu Nazirlər Kabinetinə, baş nazirin müavini Abid Şərifovun adına yazmışıq”.
Sevinc İltifatqızı