YAP nümayəndə heyəti baş nazirlə görüşüb
Yeni Azərbaycan Partiyasından AzVision.az-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, YAP nümayəndə heyəti Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşüb.
Görüşdə YAP ilə KXP arasında əməkdaşlığın perspektivləri, İCAPP çərçivəsində fəaliyyətin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələr müzakirə edilib.
YAP nümayəndə heyəti eyni zamnda KXP-in igamətgahında olmuş, partiyanın baş katibi Say Çum və digər məsul şəxslər ilə görüşlər keçiriblər.
Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan cənab Sok An ilə görüşdə İCAPP çərçivəsində perspektiv planlar müazakirə olunub.
YAP nümayəndə heyətinin Kambocaya səfəri davam edir.