Sarkozi yenidən siyasətə qayıdır
59 yaşlı siyasətçi son seçkilərdə Fransua Ollanda məğlub olanda siyasi fəaliyyətini dayandırmış və xalqına fərqli cür xidmət edəcəyini açıqlamışdı.
Sarkozinin bu qərarı həm partiyada, həm də Fransada siyasi gündəmdə əsas mövzuya çevrilmişdi.
UMP sədrliyinə namizədlərdən biri olan Alain Juppe bildirib ki, Sakrozinin də namizədliyini açıqlaması rəqabəti artıracaq.
Onu da qeyd edək ki, Nikola Sarkozi ilə yaxın olan keçmiş prezident Jak Şirakın həyat yodlaşı Bernard Şirak Sakrozinin qərarının düzgün olmadığını deyib. O hesab edir ki, Sarkozinin yenidən siyasi fəaliyyətə qatılması doğru addım deyil.
Fatimə Kərimli
Teqlər: