“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov çıxış edib. O, bildirib ki, Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfədir keçilir və forum mərhum prezident Heydər Əliyevin 90 illik yubleyinə həsr olunub.
“Bu Forumun əsas məqsəd müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır”, – deyə F. Muradov vurğulayıb.
Onun sözlərinə görə, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq. “Bu son illərdə ölkədə ədəbi mühitində bir hadisə olacaq. Avropa ölkələrindən tutmuş Afrikaya qədər ölkələrdə yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkənin formalaşadıracaqlar”.
“Azərbaycanın ədəbi gəncliyini bu foruma dəvət edirik. Ümid edirəm ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasında öz töhfələrini verəcək”.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, əcnəbi şairlərlə azərbaycanlı şairlərin arasında sıx təmasların olması çox önəmlidir:
“Biz çox istərdik ki, şairlər arasında sıx münasibətlər olsun. Biz bu tədbiri çox yüksək qiymətləndiririk”.
Tədbirdə daha sonra yazıçı-publisist Rəşad Məcid çıxış edib.
Forum zamanı gənc şairələr Günel Anarqızının və digərlərinin moderatorluğu ilə müxtəlif mövzularda müzakirələrdə iştirak edəcək, şerlərini söyləcək və ədəbi diskussiyalarda iştirak edəcəklər.
Tədbirdə tarixi “İpək yolu” üzərində yerləşən ölkələrin gənc şairlərinin ədəbi şəbəkəinin yaradılması müzakirə olunacaq.
Hazırda forum davam edir.
Anar