İrandan ittiham: `İŞİD-i ABŞ dəstəkləyir`

İrandan ittiham: `İŞİD-i ABŞ dəstəkləyir`
  07 Sentyabr 2014    Oxunub:1458
İran İŞİD terror təşkilatı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
AzVision.az xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif ABŞ rəhbərliyinin İŞİD-ə qarşı apardığı mübarizənin ciddi olmadığını iddia edərək terrorla mübarizə aparmaq üçün dünya ölkələrinə çağırış edib.

İranın dövlət televiziyasına açıqlama verən nazir ABŞ-ın İŞİD-i dəstəklədiyini bildirib.

“Amerikalılar indiyədək ikili standartlardan çıxış edərək siyasət həyata keçiriblər. Onlarım mübarizəsi ciddi deyil. ABŞ Suriyada uzun müddət İŞİD-ə dəstək verdi. İndi də nə edəcəklərinə qərar verə bilmirlər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti