“Azərbaycan həmişə Fələstinə dəstək olub və olacaq”
Ötən gün İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüş zamanı Bakıda Fələstinlə bağlı donor konfransı keçirilməsi ilə bağlı təklif olduğunu deyən Məmmədyarov konfransın iyuna planlaşdırıldığını vurğulayıb.
Azərbaycanın İsraildə səfirliyinin açılmasına münasibət bildirən XİN rəhbəri bununla bağlı müzakirələrin davam etdiyini və hər meyvənin öz yetişmə vaxtı olduğunu söyləyib:
“Hər meyvənin öz dərilmə vaxtı var. Azərbaycan milli maraqlarına uyğun olaraq öz siyasətini qurur. Danışıqlar gedir, baxaq görək necə olacaq".
Prezident İlham Əliyevin israilə gözlənilən səfəri barədə sualın ona ünvanlanmasını doğru hesab etməyib və prezidentin öz protokolu və səfər planları olduğunu vurğulayıb.
Sevinc İltifatqızı