Məmmədyarov rumıniyalı həmkarıyla görüşdü

Məmmədyarov rumıniyalı həmkarıyla görüşdü
  26 Aprel 2013    Oxunub:1215
AzVision.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Rumıniya münasibətlərinin inkişafı və qarşıda duran məsələlələr müzakirə olunub. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Bakıda olmaqdan məmnunluğu ifadə edən rumıniyalı nazir Azərbaycan prezidenti və baş nazir Artur Rəsizadə ilə görüşdüyünü və iki ölkə arasındakı münasibətləri müzakirə etdiyini jurnalistlərin diqqətinə çatdırıb. Azərbaycanlı həmkarını Rumıniyaya dəvət etdiyini deyən Korlatean, Məmmədyarovu Buxarestdə görməkdən şad olacağını deyib.

Ruminiya XİN Titus Korlatsean Bakıda olmaqdan məmnun olduğunu bildirib. Korlatsean ölkələr arasındakı münasibətlərin strateji tərəfdaşlığa əsaslandığını, məhsuldar siyasi, iqtisadi və mədəni münasibətlərin yarandığını vurğulayıb:

“Münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsindədir. İyunda diplomatik əlaqələrin yaranmasının 21-ci ilini qeyd edəcəyik. Ruminiya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. İkitərəfli iqtisadi, mədəni əməkdaşlıq üçün böyük zəmin var. Dünən Azərbaycan prezidenti və baş nazirlə görüşdüm. Məsələləri dostluq münasibətləri çərçivəsində müzakirə etdik. Prezidentlərin və baş nazirlərin səfərlərini müzakirə etdik. Məmmədyarovu Buxarestə dəvət etdim. Səfər çərçivəsində həmçinin Azərbaycan iş adamlarının Ruminiyada sərmayə qoyuluşunu müzakirə etdik. SOCAR geniş şəkildə təmsil olunur və bu əlaqələrin daha da genişlənməsinin tərəfdarıyıq. Malların Xəzər dənizi hövzəsindən Qara dəniz hövzəsinə və oradan Avropaya daşınması məsələsini müzakirə etdik. Azərbaycanı NATO-nun fəaliyyətində göstərdiyi dəstəyə və Əfqanıstandakı fəaliyyətinə görə məmnunuq”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb: “ Münaqişənin həlli ilə əlaqədar vurğulamaq istəyirəm ki, Ruminiya regionların təhlükəsizliyinə problem yaradan konfliktlərin sülh yolu ilə həllinə və beynəlxalq qanunlara əsaslanaraq həllinə tərəfdardır”.

Qonaq qeyd edib ki, Ruminiya Azərbaycanın ölkəyə sərmayə qoymasında maraqlıdır, eyni zamanda bir çox rumın şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir: “Rumıniya “Nabucco West” layihəsinin həyata keçirilməsinə tərəfdardır və yaxın həftələrdə bu layihə üzrə qərarların qəbulunu gözləyir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti