“Qorbaçov həmişə Heydər Əliyevin yanında çox cılız görünüb”

“Qorbaçov həmişə Heydər Əliyevin yanında çox cılız görünüb”
  26 Aprel 2013    Oxunub:1229
«Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı»mövzusunda konfrans keçirilir.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, tədbirdə 48 səfirlik, 31 beynəlxalq humanitar təşlikatlar iştirak edir.

Ulu öndərin məcburi köçkünlərə göstərdiyi qayğıdan danışan Ə.Həsənov bildirib ki, Heydər Əliyev dünyəvi siyasətçi olub.
«Onu hər yerdə tanıyırdılar. Ulu öndər bütün sahələrin bazasını formalaşdırıb: istər təhsil, istər sosial baza. Təbii ki, o baza formalaşmasaydı qısa müddət ərzində bu uğurları əldə etmək olmzadı.»

Qaçqınkom sədri bildirib ki, Azərbaycanın başına gələn bəlalar məhz Heydər Əliyevin Azərbaycanda olmadığı dövrlərə təsadüf edib.

«Bütün dünya erməniləri Heydər Əliyevə qarşı hücuma keçmişdilər. Azərbaycandakı xəyanətkarlaran istifadə edirdilər. Bugünkü bəlaların kökü Heydər Əliyevin Azərbaycanda olmamasından irəli gəlir. 90-cı illərdə SSRİ dağıldı. Azərbaycanda siyasi xaos içində qaldı. Təbii ki, Azərbaycanı gözü götürməyənlər bu qarışıqlıqdan istifadə etdi. O zaman dünya erməniləri Qorbaçovdanda istifadə edirdi ancaq Qorbaçov həmişə Heydər Əliyevin yanında çox cılız görünüb».

Ə.Həsənov bildirib ki, Sumqayıt hadislərinin ermənilər tərəfindən törədilməsini başa düşmədik. Bunun mahiyyətinin sonrada dərk etdik ki, bunula onlar sonradan baş verən hadislərə (Dağlıq Qarabağın işğal olunması)bəraət qazandırmağa çalışacaq.

«90-cı illərin üç ili çox çətin dövr idi. Azərbaycanın dünya xəritəsindən silinmə təhükəsi var idi. Heydər Əliyevin hakimiyyətə qayıtması bu təhlükəni sovuşdurdu. Onun səyi nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv oldu işğal olunmuş rayonlarla bağlı qətnamələr , “Əsrin müqaviləsi” imzalandı. Neft kontraktının imzalanması da Azərbaycana investisiya yatırılması da riskli addım idi. Amma investisiya yatıranlar Heydər Əliyevə inmın nəticəsində bu addımı atdılar. O vaxtı neft kontranktı imzalanmasaydı bu gün inkişaf etmiş Azərbaycan görməzdik. Neft kontraktının ilkin vəsaitləri hesabına dövlət neft fondu yarandı ki onun ilk vəsaiti də məcburi kpçkünlərə yönəldildi. O hər zaman qaçqın və məcburi köçkünlərə həssaslıqla yanaşırdı».

Anar


Teqlər:  





Xəbər lenti