MTRŞ sədri reklam olunan dərmanlardan danışdı
”Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda, tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir”.
N. Məhərrəmli onu da bildirib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz. “Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”-deyə, MTRŞ sədri vurğulayıb.
Anar