“Bağırovu anasının yanına dəvət etmək lazımdır”
YAP siyasi Şurasının üzvü millət vəkili Aydın Mirzəzadə Rusiyada yaşayan azərbaycanlı əsilli yazıçı, Azərbaycan Yazıçılar Birliyinın üzvü, ədəbi tənqidçi, publisist Eduard Bağırovun qondarma erməni soyqırımına görə erməni xalqına başsağlığı verməsinə münasibət bildirib.
Deputat qeyd edib ki, bu xəbər çox üzücüdür.
“Xəbər üzücü və düşündürücüdür. Münasibətə həm Bakıda, hən Moskvada yaşayan azərbaycanlılar reaksiya verdilər. Olay pisləndi, Eduardın bu addımı konyukturadan irəli gələrək atdığı fikri irəli sürüldü.
Mən də Eduard İsmayıl oğlunun bu düşünülməmiş addımını pisləyir və nə vaxtsa bu hərəkətindən peşimançılıq hissi keçirəcəyini düşünürəm.
Azərbaycanlı və türk dünyasına düşmən kəsilən ideologiyaya olmayan bir hadisəyə görə başsağlığı verilməsi absurddur. Bəlkə də Bağırovun atasının Türkmənistanda yaşamasının səbəblərindən biri də elə erməni millətçilərinin XIX-XX əsrlərdə Cənubi Qafqazda hərəkətləri olub.
Eyni zamanda düşünürəm: bəlkə Eduardın belə addım atmasının bir səbəbi də özümüzdədir? Azərbaycanda olmayan, tariximizi bilməyən etnik azərbaycanlının erməni təsiri altına düşməsi tamam mümkün məsələ idi. O əgər vaxtaşırı ana vətəninə gəlsəydi, tariximizlə yerində tanış olsaydı belə üzdəniraq başsağlığı da ortaya çıxmazdı. Cəmi 38 yaşı olan və Azərbaycanı ancaq xəritədə görən rus yazıçısının ətrafında. dostlarının arasında niyə azərbaycanlı ziyalılar yoxdur? Niyə indiyə qədər o Azərbaycana dəvər edilməyib, haqqında mətbuatımızda yazılmayıb, əsərlərinə tamaşalar qoyulub, filmlər çəkilməyib ?
Suallar çoxdur və onu tam itirdiyimizi düşünmürəm. Kökündən aralı düşmüş, abstrakt kosmopolit olmuş Bağırovun Azərbaycanı sevməsi üçün onu sadəcə olaraq anasının yanına dəvət etmək lazımdır”.
AzVision.az