Qadın evində ölü tapıldı

Qadın evində ölü tapıldı
  17 Avqust 2014    Oxunub:1395
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1945-ci il təvəllüdlü Oşitova Lidiya İvanovna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib. L.Oşitovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:26-da başa çatıb.


Teqlər:





Xəbər lenti