Tanınmış rejissorun səhhəti təhlükədə

Tanınmış rejissorun səhhəti təhlükədə
  13 Avqust 2014    Oxunub:2219
“Hələ ki, atamın vəziyyəti stabildir, palataya köçürməyiblər”.
Bunu AzVision.az-a ötən gün xəstəxanaya yerləşdirilən rejissor Rövşən Almuradlının oğlu Kamal Almuradlı bildirib.

Onun sözlərinə görə, rejissor hələ bir müddət xəstəxanada müalicə olunacaq.

“Atamın ürək tutmaları arada bir olurdu. Ancaq son günlər ağrıları aktivləşmişdi. Buna görə də onu xəstəxanaya yerləşdirmək məcburiyyətində qaldıq. Həkimlər ürəyini blokadada saxlayır ki, infarkta çevrilməsin, xəstəliyi ağır işemiyadır. Hər an infarkta çevrilə bilər”.

Qeyd edək ki, dünən Rejissor Rövşən Almuradlı kəskin ürək ağrılarından əziyyət çəkdiyi üçün Sumqayıtdakı 2 saylı xəstəxanaya yerləşdirilib.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti