Pensiyaçıların şikayətinə baxılacaq

Pensiyaçıların şikayətinə baxılacaq
  13 Avqust 2014    Oxunub:1428
DSMF-nin sədri Elman Mehdiyev Ağsuda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək
Bu barədə AzVision.az-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 20 avqust 2014-cü il tarixdə, saat 11:00-da Fondun Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 4-34-12-34
Ağsu rayon şöbəsində (02022) 6-51-07
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Kürdəmir rayon şöbəsində (02025) 5-02-07
Şamaxı rayon şöbəsində (02026) 5-14-15
Qobustan rayon şöbəsində (02024) 5-22-30

Qəbulda iştirak edəcək vətəndaşların avqustun 20-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağsu rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.




Teqlər:





Xəbər lenti