Səfirimiz yaralı əsgərləri ziyarət etdi

Səfirimiz yaralı əsgərləri ziyarət etdi
  13 Avqust 2014    Oxunub:2254
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov rəhbərlik etdiyi diplomatik nümayəndəliyin kollektivi ilə birlikdə Ankarada müalicə olunan yaralı hərbiçilərimizə baş çəkib.
Əsgərlərimizin sağlamlıq vəziyyəti, müalicələrinin təsiri barədə diplomatlarımıza məlumat verilib. Hərbiçilərimizə Allahdan şəfa diləyən səfir F.Bağırov Vətənimizin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıq edib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, əsgərlərimiz Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Avropa İttifaqı üzrə nazir Mövlud Çavuşoğlu, Böyük Millət Məclisinin deputatı Şuay Alpay və digər rəsmilər, eləcə də ictimaiyyətin bütün təbəqələrini təmsil edən şəxslər tərəfindən də ziyarət olunublar.

Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbiçisi - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.


Teqlər:





Xəbər lenti