700 bal toplayanlar nədən narazıdırlar?

Maraqlıdır ki, 700 bal toplayan digər 4 tələbə nə üçün qızıl medal ala bilməyib?
I ixtisas qrupun üzrə 700 bal toplayan Bakı şəhəri, Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov saytımıza açıqlamasında bildirib ki, adını siyahıda görmədiyinə təəccüblənib.
“Heç özüm də bilmirəm niyə ala bilməmişəm. Adım namizədlər siyahısında var idi. Bütün qiymətlərim əla olub. Məktəb rəhbərliyi ilə əlaqə saxlayıb dəqiqləşdirəcəm”.
I ixtisas qrupu üzrə digər rekordçu Bakı şəhəri, “Zəkalar” liseyinin məzunu Nurlan Quluzadə qiymətlərinin əla olduğunu və bu barədə məlumatsız olduğunu deyib: “Mənim məlumatım yoxdur, məktəbdən öyrənərəm”.
IV ixtisas qrupu, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə 9 və 10-cu siniflərdə qiymətlərinin hamısının əla olmadığından qızıl medal ala bilmədiyini deyib:
“Qiymətlərimin hamısı 5 olmayıb. Buna görə də ala bilməmişəm”.
IV ixtisas qrupu, Ağsu rayonu, 1 saylı şəhər orta məktəbin məzunu Nicat Qasımov: “Bununla bağlı təhsil şöbəsinə gec müraciət etdim, gecikmə olduğundan adımı namizədlər siyahısına sala bilmədilər. Qiymətlərim isə həmişə əla olub”.
Nihadə Eyyubova
Teqlər: