Sabah yağış yağacaq

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
AzVision.az