Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti tapılıb

A. Osmanovun sözlərinə görə, T. Cəfərovun meyiti yanmış formada tapılıb. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış.
T. Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə APA-ya açıqlamasında bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun T. Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib.
Qeyd edək ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.