Müsavat Niyazi Mehdiyə cavab verdi

Müsavat Niyazi Mehdiyə cavab verdi
  12 Avqust 2014    Oxunub:1758
“Əgər Niyazi Mehdi istefa vermişəm deyirsə, yolu açıq olsun”.
Bu fikirləri AzVision.az-a Müsavatın Divan üzvü Tural Abbaslı tanınmış filosof, siyasi analitik Niyazi Mehdinin Müsavat partiyasının sıralarından istefasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, Müsavat partiyasının sıralarında 10 minlərlə insan var:

“Hər gün partiya sıralarına qəbul edilənlər də olur, istefa verənlər də olur. İndi Niyazi bəy də daha çox elmlə məşğul olduğu üçün ondan siyasi fəaliyyət gözləmək də doğru deyil. Yəqin o səbəbdən istefa verib”.

Niyazi Mehdinin istefasını onun şəxsi mövqeyi kimi qiymətləndirən T.Abbaslı bildirib ki, biz ona heç nə deyə bilmərik, Allah yolunu açıq etsin.

Xatırladaq ki, Tanınmış filosof, siyasi analitik Niyazi Mehdi Müsavat partiyasının sıralarını tərk etdiyini açıqlayıb: “Bilirsiniz, mən xeyli vaxtdır Müsavatla əlaqələri kəsmişəm, deməli, onun üzvü də deyiləm. Sadəcə, bunu elan etməyi lazım bilməmişdim”.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti