Azərbaycana gələn turistlərə xəbərdarlıq

Azərbaycana gələn turistlərə xəbərdarlıq
  12 Avqust 2014    Oxunub:2016
Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edib.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadla xəbər verir ki, son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur.

Nazirlikdən bildiriblər ki, bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur.


Teqlər:





Xəbər lenti