Azərbaycanda gəlin toydan qaçdı

Azərbaycanda gəlin toydan qaçdı
  11 Avqust 2014    Oxunub:5063
Lənkəran rayonunda toy gəlinsiz baş tutub.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, iki gün sonra gəlin olacaq nişanlı qız toya iki gün qalmış evdən qaçıb.

Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin Nazim adlı gənc bəy kürsüsünə oturarkən yanı boş olub.

Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nazim 19 yaşlı Günəşlə 3 ildir nişanlı olublar. Nazim Bakıda ev təmiri işləri ilə məşğul olub, Günəş isə Lənkəran şəhərindəki kolleclərin birində oxuyurmuş.

İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə danışaraq nişanı qaytarmağı təklif ediblər.

Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb.

Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini daşıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsiz olduğunu deyirlər.

Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini, lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını bildirdilər.


Teqlər:  





Xəbər lenti