Azərbaycanın Milli Qəhrəmanının oğlu Suriyada İŞİD-ə qarşı – FOTO

Azərbaycanın Milli Qəhrəmanının oğlu Suriyada İŞİD-ə qarşı – FOTO
  07 Avqust 2014    Oxunub:5730
Son vaxtlar Azərbaycandan da İŞID-ın sıralarına qoşularaq vuruşanların olduğuna dair məlumatlar yayılsa da, onun qurbanlarına yardım etmək üçün Suriya torpaqlarına könüllü üz tutan azərbaycanlılar da var. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu Namiq Nəsibovdur.

Movqe.az Suriyada könüllü həkim kimi fəaliyyət göstərən Namiq Nəsibovdan müsahibə alıb.

- Necə oldu ki, Suriyada könüllülərin sırasına qoşuldunuz?

- Sosial şəbəkələrdə bu ölkədə xəstəxanalarda həkimə ehtiyac olduğu barədə məlumat aldım. Mən də ixtisasca həkim olduğumdan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xəti ilə "Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülrəin sırasına qoşuldum.

- Burda ancaq İŞID terrorçularının yaraladığı insanlara tibbi yardım göstərirsiniz?

- Yox eyni zamanda əhalinin, əsasən uşaqların peyvəndlənməsi kampaniyalarına qoşuluram.

- Bu ölkəyə getməzdən öncə Azərbaycanda həkim kimi işləyirdiniz?

- Orda bir il olar ki xəstəxanada calışmırdım. Amma 2001-2013 Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışmışam.

- Bildiyim qədər ailəlisiniz. İki övladınız var. Ailənizi burada qoyub Suriyaya, o təhlükəli əraziyə yola düşməyə nə məcbur etdi sizi?

- Burada İŞID dəstələrinin Kobaniyə tez-tez hücumları olur. Əlbəttə, buralar çox təhlükəlidir. Kobanidə əhali təpədən-dırnağa kimi silahlıdır. 11-12 yaşdan yuxarı qız və oğlanların hamısı silahlıdır. Şəhərdə silahlılardan başqa heç kəsi görmək olmur. Amma burda insanların həkimə ehtiyacı var.

- İŞID üzvləri girov götürdüyü insanlara olmazın işgəncələr verir. Qorxmursunuzmu ki, siz də İŞID terrorçularının əlinə düşərsiniz?

- Bu təhlükə hər an var. Amma həkimlər təhlükəsizlik üçün döyüş bölgəsinə buraxılmır. 3-4 km aralıda dayanır tibbi yardım maşınları.

- Hər dəfə İŞID dəstələri ilə döyüş olanda nə qədər yaralı gətirilir?

- Son hucumda YPG-dən 14 səhid və 20 yaralı oldu. İŞID tərəfdən isə 150 ölü, 3 əsir götürüldü.

- İŞID tərəfdə döyüşən yaralını heç müalicə etmisinizmi? Olubmu onlardan yaralı əsir düşəni?

- Burda bir əsir İŞID-çı yaralı ilə rastlaşdım. Təmiz Cənubi Azərbaycan şivəsi ilə danışırdı. Bildi ki, mən də Azərbaycandanam. Adı Şivan idi. Deyir üç ildir savaşa qatılıb. İki il döyüşüb, bir il də əsirlikdədir. Soruşuram məqsədin nədir? Deyir cihad. Soruşuram ki, Allahu Əkbər deyib Allahın yaratdığı insanın başını kəsmək hansı insanlığa sığır? Cavab verə bilmədi.

- Bayaqdan danışırıq sizinlə, amma yenədə mənim üçün sual olaraq qalır ki, siz ailənizi, uşağınızı burada qoyub necə getmisiniz ora? Axı könüllülər tam təmənnasız xidmət göstərir. Bəs burda sizin ailənizi maddi baxımdan kim təmin edir?

- Mənim atam, bilirsiniz ki, Milli Qəhrəmandır. Dövlət dəstəyi var ailəmizə. Heç bir problemləri yoxdur.

- Namiq bəy, siz Milli Qəhrəman övladı olmaqla yanaşı, həm də işğal altında olan Laçında doğulmusunuz. Cəbhədə son günlər baş verənlərdən, Azərbaycanın şəhid verdiyindən xəbəriniz varmı? Ümumiyyətlə Azərbaycanda cəbhə bölgəsindən xəbərləri orda izləyə bilirsinizmi?
- Əlbəttə, cəbhə bölgəsində son zamanlar baş verənləri mətbuatdan izləyirəm.

- Bəs Azərbaycanda müharibə olarsa yenə də orda fəaliyyətinizi davam etdirəcəksinizmi?

- Mənim atam bu torpaq üçün canını fəda edib. Mən də buna hər an hazıram. Azərbaycanda səfərbərlik olacağı təqdirdə Azərbaycan ordusunun ehtiyyatda olan tibb xidmet bas leytenantı olaraq geriyə xidmətə dönəcəyəm.

- Bəs nə qədər orda qalmağı düşünürsünüz?

- Həkim qruplarının ilki bura gəlincə mən geri dönməyi düşünürəm.


Teqlər:





Xəbər lenti