Daha bir əsgərimizi itirdik

Daha bir əsgərimizi itirdik
  05 Avqust 2014    Oxunub:2647
Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimizi itirdik.
AzVision.az xəbər verir ki, bu barədə əsgərin yaxınları anspress-ə məlumat verib. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.

Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyidi bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti