Nabranda gənclər düşərgəsi keçiriləcək

Nabranda gənclər düşərgəsi keçiriləcək
  27 İyul 2014    Oxunub:2051
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yardımı ilə "Stream Camp" Sağlam Gənclər Düşərgəsi təşkil edilir.
Düşərgə 01 avqust 2014-cü ildən 06 avqust 2014-cü il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “Kardinal” İstirahət Mərkəzində təşkil olunacaq. Düşərgədə iştirak edənlərin yol, qalmaq, yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Düşərgədə sağlam həyat tərzi ilə bağlı müxtəlif təlimlər keçiriləcək. Gənclər gün ərzində müxtəlif məşğələlərə, oyunlara cəlb olunacaqlar. Düşərgədə həmçinin gənclərə ilkin tibbi yardımın göstərilməsi, təxliyyə qaydaları və digər təhlükəsizlik qaydaları öyrədiləcək.

Bundan başqa, gənclər üçün aktiv istirahət təşkil olunacaq. Onlara komanda ilə yaşamaq və birgə işləmək, ünsiyyətdə olmaq aşılanacaq.

Düşərgədə iştirak edənlər müsahibə yolu ilə müəyyən ediləcəklər. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi
2. Anket ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)
3. Sağlamlıq haqqında arayış (müsahibədən uğurla keçəndən sonra)
4. Valideynlərin yazılı razılığı
5. Tibb anketi ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)


Düşərgədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 15.07.2014-cü il tarixinədək müraciət edə bilərlər.

Müsabiqədə Bakı və Azərbaycanın müxtəlif regionlarından 14-29 yaş arası gənclər iştirak edə bilərlər.


Teqlər:  





Xəbər lenti